Yığmamızın sabiq oyunçusu “Lujniki”də
02.02.2010 - 10:56
Yığmamızın sabiq oyunçusu “Lujniki”də
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Volqa” klubunun yoxlama oyunlarındakı növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 37 yaşlı müdafiəçisinin komandası Rusiya kubokunun “Zenit”lə 1/4 final matçına daha yaxşı hazırlaşmaq üçün Premyer Liqa təmsilçisi ilə qarşılaşmaq qərarına gəlib. Bu səbəbdən fevralın 18-də Moskva “Dinamo”su ilə görüşmək haqda razılıq əldə olunub. Tver təmsilçisinin iştirakı ilə keçiriləcək bu matç Rusiyanın məşhur “Lujniki” stadionunda keçiriləcək.

Qeyd edək ki, komandasının ən təcrübəli oyunçusu olan Ağayev “Volqa”nın kapitanıdır.
0