Elxan Məmmədov UEFA-nın tədbirində
02.02.2010 - 11:02
Elxan Məmmədov UEFA-nın tədbirində
Belarusun paytaxtı Minskdə UEFA-nın növbəti tədbiri start götürür. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu gün və sabah keçiriləcək yığıncağa Avropa futbol qurumunun Milli Assosiasiyalar Departamentinin rəisi Teodor Teodoridisin rəhbərlik edəcək. Tədbirdə Azərbaycan, Albaniya, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Ukrayna və Ermənistan futbol federsiyalarının rəhbərləri iştirak edəcək. Minskdə AFFA-nı qurumun baş katib Elxan Məmmədov təmsil edəcək.
0