Anatoli Ponomaryovun Superliqa arzusu
02.02.2010 - 13:02
Anatoli Ponomaryovun Superliqa arzusu
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov Türkiyə Superliqasında oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu yenicə transfer olunduğu “Orduspor” klubu ilə birinci liqada uğurla çıxış etməyi hədəfə alıb.

Türk həmkarlarımız İsveçrənin II liqasından transfer olunan Ponomaryovun aldıqları açıqlamadan sonra komandanın Superliqaya nə qədər konsentrasiya olduğuna şahid olublar: “Əgər “Qaziantep Böyükşəhər Bələdiyyəsi” ilə oyunda qələbə qazanmasaydıq, sondan ikinci sıraya düşəcəkdik. İndi isə sondan 5-ci sıradan yer almışıq. Ancaq biz daha yuxarı yerləri hədəfə almışıq. Hesab edirəm ki, oynadığımız futbolda bunu haqq edir. İrəlidə daha yaxşı oynayacağımıza inanıram. Məqsədimiz təkcə evdə yox, səfərdə də, ümumiyyətlə, hər oyunda qələbə qazanmaqdır”.

Qeyd edək ki, Anatoli “Qaziantep Böyükşəhər Bələdiyyəsi” ilə görüşdə (2:1) qələbə topunun müəllifi olub. Bununla da çempionatda debütdəcə qol hesabı açan futbolçumuz “Orduspor”da ölkə kubokunu da nəzərə alsaq, 2 oyun keçirib və hər iki görüşdə sonadək meydanda olub.
0