Elano, belə də rekord olar!?
02.02.2010 - 13:15
Elano, belə də rekord olar!?
“Qalatasaray” klubunun braziliyalı futbolçusu Elano Blumer yeni rekord vurub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçiyə əvəzlənmədə çatan yoxdur. O, hələ “Mançester Siti”də oynadığı vaxtlarda, tez-tez dəyişdirilməsi ilə tanınıb. 2007/08 mövsümündə bu göstəricidə İngiltərə Premyer Liqasında əlçatmaz olub.

Belə ki, Elano start heyətində yer aldığı matçların 23-nü başa vura bilməyib. Başqa sözlə, komandanın çalışdırıcısı final fiti səslənməmiş braziliyalını dəyişib.

Yarımmüdafiəçi bu adətindən indi “Qalatasaray”da da əl çəkməyib. O, “Cim Bom”un start heyətində yer aldığı oyunların 17-də əvəzlənib. Bu, Elanonun fiziki durumunun zəif olduğunu və onun 90 dəqiqə ərzində mübarizə aparmağa gücünün çatmadığını göstərir.
0