AFFA-nın növbəti konfransının gündəliyi açıqlandı
02.02.2010 - 13:23
AFFA-nın növbəti konfransının gündəliyi açıqlandı
Martın 5-də AFFA-nın növbəti konfransı keçiriləcək. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, assosiasiyanın inzibati binasında keçiriləcək konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Prezident tərəfindən salamlama
2. Yığıncağın tərkibinin yoxlanılması
3. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
4. Maliyyə hesabatının təsdiq olunması
5. Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
6. Növbəti ilin büdcəsinin təsdiq olunması
7. Hər hansı vakant vəzifəyə seçkilər
8. AFFA üzvlərinin təkliflərinin qəbul olunması
9. Digər məsələlər

Qeyd edək ki, AFFA-nın daha çox hesabat xarakteri daşıyan bu konfransları ənənəvi hər il keçirilir. Ötən il də konfrans məhz martın 5-də baş tutub və düz bir ildən sonra yenidən keçiriləcək. Konfransdan bir saat əvvəl isə AFFA-nın İcraiyyə Komitəsinin iclası olacaq.
0