80 metrdən fantastik qol! - VİDEO
08.02.2010 - 18:05
80 metrdən fantastik qol! - VİDEO
Ən uzaqdan vurulan qolun ünvanı dəyişib. Apasport.az saytının məlumatına görə, belə fantastik qola Asiyada imza atılıb. Daha doğrusu, Səudiyyə Ərəbistanı kuboku uğrunda yarış çərçivəsində keçirilən “Hayer” - “Əl-Əhli” görüşündə.

Matçın 24-cü dəqiqəsində qonaqların futbolçusu Məhəmməd Masaad 80 metrlikdən qapını nişan alıb. Özü də o, işlək sol ayağı ilə yox, sağla topa zərbə endirib. Bu epizodda “Hayer”in qapıçısı mövqe seçimində yanılmasa da, “doqquzluğ”a gedən topun qarşısını almaq müşkülə çevrilib. Beləliklə, hesab 2:0-a çatıb. “Əl-Əhli”nin qələbəsində Məhəmmədin qolu heç də az rol oynamayıb. Qonaqlar evə 3:2 hesablı qalibiyyətlə dönüblər.
0