Arda Turan sevgilisi üçün kinoteatrı bağlatdırdı - FOTO
09.02.2010 - 12:59
Arda Turan sevgilisi üçün kinoteatrı bağlatdırdı - FOTO
Türkiyə yığmasının və “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turan sevgilisi, aktrisa Sinem Kobal üçün gözlənilməz addım atıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Kobalın çəkildiyi “Romantik komediya” filmini izləməyin unikal yolunu tapıb.

Arda “Romantik komediya” filminin seansına üzrlü səbəbdən baxa bilməyib. İstanbula qayıtdıqdan sonra o, sevgilisinin könlünü almaq üçün Bakırköyə yollanıb. Turan orada 140 nəfərlik kinoteatrı bağlatdıraraq, “Romantik komediya”nı Sinemlə ikilikdə izləyib.

Kinoteatrdan çıxarkən, onlar jurnalistlərin əhatəsinə düşüblər. KİV nümayəndələrindən birinin “Bərabərliyiniz necə gedir” sualına Arda zarafatla cavab verib. O, “Fənərbaxça” və “Diyarbakırspor” arasındakı 1:1 hesablı oyuna işarə vuraraq, belə söyləyib: “Fənərbaxça”nın bərabərliyini deyirsiniz?”
0