Voroninin qisasını xanımından aldılar - FOTOSESSİYA
11.02.2010 - 17:22
Voroninin qisasını xanımından aldılar - FOTOSESSİYA
Ukrayna yığmasının futbolçusu Andrey Voronin İngiltərənin “Liverpul” klubunu tərk edib Rusiyaya üz tutsa da, Britaniya mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, futbolçunu tənqid etmək arzusunda olan ingilislər Moskva “Dinamo”sunun oyunçusunu xanımının uğursuzluğunda qınayırlar.

Onların fikrincə, Voroninin həyat yoldaşı Yuliya geyinməyi bacarmır. Xanımın çimərliklərdə geydiyi paltarları nəzərdən keçirən britaniyalı həmkarlarımız iddia edib ki, gözəlçə nə qədər yaraşıqlı olsa da, zövqsüzdür. Onların fikrincə, xanım Voroninin alabəzək bikiniləri də zövqünün olmaması ilə bağlıdır.

Yuliya da öz növbəsində ingilislərin cavabını verib. Odessalı xanım britaniyalıların darıxdırıcı insanlar olduğunu bildirərək, onların qara və bozdan başqa rəng tanımamaqda qınayıb.
0