“Yuventus” Azərbaycan yığması ilə oynamağa razılıq verdi
11.03.2010 - 16:31
“Yuventus” Azərbaycan yığması ilə oynamağa razılıq verdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 31-dən aprelin 10-dək İtaliyanın Olbia şəhərində təlim-məşq toplanışında olacaq. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Bernard Lippertin yetirmələri hazırlıq prosesi çərçivəsində beynəlxalq turnirdə iştirak edəcək. Aprelin 2-dən 4-dək keçirilən turnirdə yığmamız “Olimpik” (Marsel) və “Yuventus” klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Qeyd edək ki, Almaniyadakı toplanış U-19 Avropa çempionatının seçmə mərhələsinin aprelin 14-19-da keçiriləcək elit raunduna hazırlıq xarakteri daşıyır.
0