Daha bir seks qalmaqalı - FOTOSESSİYA
12.03.2010 - 11:19
Daha bir seks qalmaqalı - FOTOSESSİYA
“Çelsi”nin futbolçusu Con Terri ilə bağlı seks qalmaqalı unudulmamış analoji hal İtaliyada yaşanıb. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatında yığmanın və “Yuventus”un qapıçısı Canluici Buffonun rusiyalı sevgilisi Alyona Seredova gündəmə gəlib. Belə ki, Buffonun komanda yoldaşı Amaurinin Alyonaya maraq göstərdiyi, onunla yaxınlıq münasibətlərinə can atdığı iddia olunur. Hətta bu səbəbdən “Yuventus”un iki futbolçusunun öz aralarında dava etdikləri bildirilir.

Lakin həm Buffon, həm də sevgilisi mətbuatda yayılan xəbərləri təkzib edib. Amauri ilə heç bir problemi olmadığını söyləyən “Yuventus”un ulduz qapıçısı sürpriz açıqlama verib. O, tezliklə Alyona ilə evlənəcəyini vurğulayıb. İngiltərədəkindən fərqli, İtaliyada məlumatların təkzibi məsələnin daha da böyüməsinin qarşısını alıb.

Xatırladaq ki, “Çelsi” və İngiltərə yığmasının şərəfini qoruyan Con Terri komanda yoldaşı Ueyn Bricin həyat yoldaşı ilə eşq macərası yaşayıb. Bu sevgi-məhəbbət Terriyə baha başa gəlib. İctimai qınaqla üzləşən Con milli komandanın kapitanı sarğısını itirib.
0