“Yuventus” rüsvay oldu! - FOTOSESSİYA
19.03.2010 - 10:28
“Yuventus” rüsvay oldu! - FOTOSESSİYA
UEFA Çempionlar Liqasının ardınca Avroliqada da bütün 1/4 finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Liverpul”, “Fulhem”, İspaniyanın “Atletiko, “Valensiya”, Almaniyanın “Hamburq, “Volfsburq”, Portuqaliyanın “Benfika” və Belçikanın “Standard” klubları turnirdə mübarizəni davam etdirir. Günün ən böyük sensasiyası Londonda baş verib. Turnirin əsas favoritlərindən olan “Yuventus” səfərdə “Fulhem”ə böyük hesabla uduzmaqla, yarışla erkən vidalaşıb. Turinlilər oyunu 9 nəfərlə başa vurmalı olublar. Buna səbəb iki mərkəz müdafiəçisi - Fabio Kannavaro ilə Conatan Zebinanın qırmızı vərəqə almasıdır. Kannavaro birbaşa qırmızı vərəqə alan zaman hesabın 1:1 olduğunu nəzərə alsaq, bu qovulmanı nəticəyə təsir edən həlledici amil saymaq olar.

Günün ən məhsuldar oyunu isə Bremendə qeydə alınıb. Azarkeşlər “Verder” – “Valensiya” oyununda 8 qolun şahidi olublar. Qonaqların hücumçusu David Vilya milli komandamızla Bakıda yoldaşlıq görüşündə (6:0) olduğu kimi, Almaniyada da het-trikə imza atıb. Nəticədə ispan futbolçu komandasını səfərdə daha çox qol vurması hesabına növbəti mərhələyə çıxarıb. Almaniyadakı digər görüş əlavə vaxta ehtiyac duyulan yeganə oyun olub. “Volfsburq” Rusiyanın ikiqat çempionu “Rubin” üzərində əzmkar qələbə qazanıb. Bu oyunda da qırmızı vərəqə öz sözünü deyib. Belə ki, kazanlıların ispan müdafiəçisi Sezar Navas 109-cu dəqiqədə meydandan çıxarılıb və “Volfsburq” bundan sonra, əlavə vaxtın bitməsinə 1 dəqiqə qalmış qələbə topunu vurub.

Qeyd edək ki, Avroliqanın püşkatması bu gün Bakı vaxtı ilə saat 16:30-da keçiriləcək.

18 mart

“Fulhem” – “Yuventus” – 4:1

Zamora, 9, Qera, 39, 49-pen, Dempsi, 82 – Trezeqe, 2
İlk oyun – 1:3

“Standard” – “Panatinaikos” – 1:0
Mbokani, 45
İlk oyun – 3:1

“Sportinq” – “Atletiko” – 2:2
Liedson, 19, Polqa, 45 – Auero, 3, 33
İlk oyun – 0:0

“Marsel” – “Benfika” – 1:2
Nyanq, 70 – Pereyra, 75, Kardek, 90
İlk oyun – 1:1

“Liverpul” – “Lill” – 3:0
Cerrard, 9-pen, Torres, 49, 89
İlk oyun – 0:1

“Volfsburq” – “Rubin” – 2:1 (əlavə vaxt)
Martins, 58, Qentner, 119 – Kasayev, 21
İlk oyun – 1:1

“Verder” – “Valensiya” – 4:4
Almeyda, 26, Frinqs, 57-pen, Marin, 62, Pizarro, 84 – Vilya, 2, 45, 65, Mata, 15
İlk oyun – 1:1

“Anderlext” – “Hamburq” – 4:3
Lukau, 44, Suares, 45-pen, Bilya, 59, Bussufa, 69 – Boatenq, 42, Yansen, 54, Petriç, 75
İlk oyun – 1:3
0