“Onsuz sanki qaranlıqdayam...” - FOTOSESSİYA
20.03.2010 - 13:38
“Onsuz sanki qaranlıqdayam...” - FOTOSESSİYA
“Milan”ın futbolçusu Marko Borriello depressiyaya düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb italyan yarımmüdafiəçinin sevgilisi Belen Rodrigesdən ayrılmasıdır.

Borriello “Vanity Fair” nəşrinə fikrilərini bölüşüb və keçmiş sevgilisi ilə birgə bir neçə şəxsi şəklini verib. Hislərini gizlədə bilməyən futbolçu çətin anlar yaşadığını gizlətməyib.

“O, həyatımda tanıdığım ilk gerçək qadın idi. Həm fiziki formasından, həm də ağıllı olmasından xoşum gəlirdi. Belen mənim həqiqi eşqim idi. İndi onsuz sanki qaranlıqdayam... Həyatımda həmişə çətin anlardan qurtulmağı bacardım. Bu çətinliyi də dəf edəcəyəm” - deyə Borriello vurğulayıb.
0