Stiv Maklaren Vaqif Cavadovla vidalaşır
30.03.2010 - 13:03
Stiv Maklaren Vaqif Cavadovla vidalaşır
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov baş məşqçisi Stiv Maklarenlə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Tvente” klubunun ingilis çalışdırıcı vətənindən, konkret “Vest Hem”dən təklif alıb.

London təmsilçisi yeni mövsümdə baş məşqçi postuna İngiltərə milli komandasını da çalışdırmış Maklareni dəvət etmək fikrindədir. Düzdür, “Tvente”nin hazırda Hollandiya çempionatında liderlik etdiyini, çempionluq şansının böyük olduğunu nəzərə alsaq, mütəxəssisin işləri yaxşı gedir. Ancaq Vaqifi qış fasiləsindən komandasına transfer edən təcrübəli mütəxəssis İngiltərə Premyer Liqasına qayıtmaq istəyir. Bununla, “Vest Hem” Premyer Liqada qalacağı halda, Maklarenlə işləyəck. Artıq xeyli müddətdir istefaya göndəriləcəyi deyilən italyan baş məşqçi Canfranko Zolanın qarşısında komandanı elitada saxlamaq vəzifəsi qoyulub. Maklarenin gəlişi üçün digər şərt “Vest Hem”in yaxşı büdcəyə malik olmasıdır. Bu, ona komandanı gücləndirmək üçün futbolçular almağa lazımdır.

Qeyd edək ki, Maklaren Cavadovun xidmətindən hələlik zədə üzündən istifadə edə bilmir.
0