Yığmamızın futbolçuları Roma Papasına forma hədiyyə etdilər - FOTO
01.04.2010 - 10:33
Yığmamızın futbolçuları Roma Papasına forma hədiyyə etdilər - FOTO
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Roma Papası XVI Benedikt ilə görüşüb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliyada Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnir çərçivəsində yığmamız “Ternana” ilə oyundan əvvəl Vatikana üz tutaraq, Roma Papasının qonağı olub. Futbolçularımız XVI Benediktə Azərbaycan millisinin imzalı formasını hədiyyə ediblər.
0