Foqts milli komandanı kurorta aparır – FOTO
13.04.2010 - 11:06
Foqts milli komandanı kurorta aparır – FOTO
Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoldaşlıq oyunlarını qəbul edəcək şəhərlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 3-dək Zalsburq federal torpaqlarının Sent-Yohan Ponqau dairəsində təlim-məşq toplanışı keçirəcək Berti Foqtsun yetirmələri orada 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Mayın 26-da ilk oyun Moldovaya qarşı olacaq. Həmin matç Zeekirhen şəhərinə təyin olunub. Zalsburq federal torpaqlarının eyni adlı dairəsindəki şəhərin cəmi 12 min əhalisi var. Bölgənin paytaxtdan 15 km məsafədə yerləşib, Zeekirhen dəniz səviyyəsindən 512 m hündürlükdədir.

Yığmamız 3 gün sonra Makedoniya ilə üz-üzə gələcək ki, komandalar Bişofshofen şəhərində qarşılaşacaq. Zalsburq federal torpaqlarının Sent-Yohan Ponqau dairəsindəki bu şəhər təxminən 10 min əhaliyə malikdir. Zalsburq şəhərindən 50 km aralıda yerləşir. Bu kiçik şəhər dəniz səviyyəsindən 544 m yüksəklikdədir.

Yığmamız dünya çempionatının final mərhələsinə hazırlaşacaq Hondurasla iyunun 2-də üz-üzə gələcək. Bu matç da Zalsburq federal torpaqlarında keçiriləcək. Sel-am-Zi dairəsinin elə bu adı daşıyan şəhərinin stadionuna çıxacaq. Təxminən 10 min əhaliyə malik kurort şəhərciyi dəniz səviyyəsindən 750 m hündürlükdədir. Şəhər Zeller gölünün yaxınlığında qərarlaşıb.
0