Yığmamızın sabiq futbolçusu “Sampayo Korrea” klubuna keçdi
26.04.2010 - 12:00
Yığmamızın sabiq futbolçusu “Sampayo Korrea” klubuna keçdi
Azərbaycan yığmasının sabiq futbolçusu Leandro Qomeş komandasını dəyişib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu “Amerikano” klubundan ayrılıb. Rio-de-Janeyro çempionatında keçirdiyi 9 oyuna 5 qol vurmaqla, komandasının ən yaxşı bombardiri olan futbolçunun çıxışı “Sampayo Korrea” klubunun diqqətindən yayınmayıb. Maranyano ştatının San-Luis şəhərini təmsil edən klub Qomeşi sıralarına qatıb.

1923-cü ildə yaranan “Sampayo Korrea” ev oyunlarını keçirdiyi “Kastelyon” stadionu 70 min tamaşaçı tutur. Leandronun yeni komandası Braziliya çempionatının D seriyasında çıxış edir. Onun komandası ştat birinciliyində 29 dəfə çempion olub.

Qeyd edək ki, Leandro ölkəmizdə “Bakı”, “Olimpik-Şüvəlan” və “Karvan”ın şərəfini qoruyub. O, paytaxtın eyniadlı təmsilçisi ilə ölkə çempionatı və kubokunun qalibi olub.
0