Astana faciəsi: “Bakı” 0:10 hesabı ilə uduzdu
26.04.2010 - 13:52
Astana faciəsi: “Bakı” 0:10 hesabı ilə uduzdu
“Bakı” klubunun 17 yaşlılardan ibarət komandası “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirində ağır məğlubiyyətlə üzləşib. Turnirin təşkilatçısı olan Qazaxıstan Futbol Federasiyasının mətbuat katibi Timur Kamaşevin apasport.az saytına verdiyi məlumata görə, komandamız Serbiyanın 17 yaşlılardan ibarət yığması ilə bu gün Astanada keçirdiyi görüşdə 0:10 hesabı ilə uduzub: “Komandanız ilk hissədə yalnız 0:2 hesabı ilə geridə idi. Ancaq fasilədən sonra serblərin daha yaxşı fiziki hazırlığa malik olması oyunun nəticəsinə birbaşa təsir göstərdi. Nəticədə daha 8 top buraxan “Bakı” 0:10 hesabı ilə uduzdu”.

Qeyd edək ki, “Bakı” turnirdə ikinci oyununu sabah Türkiyənin “Qalatasaray” klubu ilə keçirəcək.
0