“Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirində yeni rekord qeydə alındı
26.04.2010 - 15:06
“Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirində yeni rekord qeydə alındı
Astanada keçirilən “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, sayca III dəfə keçirilən yarışda təmsilçimiz “Bakı”nın 17 yaşlılardan ibarət komandasını 10:0 hesabı ilə məğlub edən Serbiya yığması turnirin tarixinə düşüb.

2008 və 2009-cu illərdə təşkil olunan yarışlarda baş tutan 32 qarşılaşmada ən böyük hesab 8:0 olmuşdu. Moskva “Spartak”ı həmin hesabla Qırğızıstanın “Abdış-Ata” klubunu darmadağın etmişdi. Bu ötən ilki turnirin qrup mərhələsinin ikinci turunda qeydə alınıb. İlk oyununda Azərbaycan təmsilçisi “Akademiya”nı 1:0 hesabı ilə udan “Abdış-Ata” rusiyalılar önündə “diz çökmüşdu”.

Qeyd edək ki, “Bakı”ya qədər Prezident kubokunda Azərbaycanı təmsil edən yeganə komanda olan “Akademiya” 8 komanda arasında 7-ci yeri tutmuşdu.
0