“Olimpik-Şüvəlan” problemlə üzləşib
26.04.2010 - 15:30
“Olimpik-Şüvəlan” problemlə üzləşib
“Olimpik-Şüvəlan” klubu Azərbaycan kuboku uğrunda “Xəzər-Lənkəran”la ilk yarımfinal oyunu öncəsi problemlərlə üzləşib. Komandanın baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına verdiyi məlumata görə, sabah evdə keçirəcəkləri görüşə hazırlığa əvəzedici heyətdən də futbolçular cəlb ediblər. O, bunu heyətdəki boşluqları aradan qaldırmaq üçün etdiklərini bildirib: “İki futbolçumuz – Vüsal Qarayevlə gürcü Roman Qoqinaşvili zədə üzündən kənarda qalıb. Roman cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçir. Vüsal isə məşqdə aldığı zədə üzündən iki həftəliyə sıradan çıxıb. İki legionerimiz – Draqan Mandiçlə İsmael Fransisko isə cəzalı olduğu üçün “Xəzər-Lənkəran”la sabahkı oyunda iştirak etməyəcək. Belə olan halda, əvəzedici heyətdən futbolçular cəlb etməyimiz lazım gəldi”.
0