Azərbaycan çempionatında üçüncü yerin sahibi bəllidir
26.04.2010 - 17:03
Azərbaycan çempionatında üçüncü yerin sahibi bəllidir
Bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında üçüncü yer uğrunda qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, Kürdəmir Olimpiya İdman Kompleksində təşkil edilən görüşdə “Şəki” və “Masallı” komandaları qüvvələrini sınayıblar. Cənub təmsilçisinin üstünlüyü şəraitində davam edən oyunda Masallı voleybolçuları 3:0 hesabı ilə qələbə qazanıblar.

Final matçı isə mayın 5-də “Sərhədçi” Olimpiya İdman Kompleksində baş tutacaq. Həlledici oyunda “Azərneft” və “Sərhədçı” komandaları üz-üzə gələcəklər.
0