Ernad Skuliç “İnter”ə yenə qol vurmaq istəyir
26.04.2010 - 19:45
Ernad Skuliç “İnter”ə yenə qol vurmaq istəyir
“İnter”ə qarşı sabah bizi çətin oyun gözləyir. Amma biz meydana yalnız qələbə üçün çıxacağıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Ernad Skuliç deyib.

Paytaxtın eyni adlı komandası sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter” klubu ilə qarşılaşacaq. Görüş barədə fikirlərini bildirən xorvatiyalı legioner cavab oyunu öncəsi üstünlük qazanmalarının vacibliyini söyləyib: “Komandamız kuboku qazanacaq gücdədir. Bunun üçün ilk növbədə “İnter” “sədd”ini aşmalıyıq. İnanıram ki, finala yüksələn tərəf biz olacağıq. Cari mövsümdə çempionatda “İnter”ə qol vurmuşam. Çalışacağam ki, rəqibimizi sabah bir daha məyus edim. Amma əsas olan mənim fərqlənməyim yox, komandanın uğur qazanmasıdır”.
0