Xalidu Sissoko: Bu şansdan istifadə etməliyik
26.04.2010 - 19:49
Xalidu Sissoko: Bu şansdan istifadə etməliyik
“Kubok oyuna çox ciddi hazırlaşırıq. Son turlarda qarşılaşmalar arasında vaxt az olsa da, bunu problem hesab etmirəm”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Bakı” klubunun qapıçısı Xalidu Sissokoya məxsusdur.

Seneqallı futbolçu sabah Azərbaycan kubokunun ilk yarımfinal qarşılaşması barədə fikirlərini bildirib. Komandasında fiziki baxımdan hər şeyin qaydasında olduğunu vurğulayan Sissoko rəqibi də qiymətləndirib: “İnter” güclü rəqibdir. Heyətlərində səviyyəli futbolçular var. Bununla belə, biz də iddialıyıq. Cari mövsümdə “qızıl dubl” etmək üçün şansımız var. Çalışıb, bu şansdan istifadə etməliyik. “İnter”i kubokdan kənarlaşdıracağımıza inanıram”.

Mənbə:fcbaku.com
0