Vaqif Cavadov yenə oynadı, komandası yenə uduzdu
27.04.2010 - 09:12
Vaqif Cavadov yenə oynadı, komandası yenə uduzdu
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov Hollandiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Tvente” klubunun əsas heyətinə düşə bilmədiyi üçün əvəzedici komandaya göndərilən 21 yaşlı hücumçu ikinci dəfə gənclərlə bir arada yer alıb.

Əvəzedicilərin heyətində möhkəmlənməkdə olan Vaqif Hollandiya çempionatının XXV turunda da iş başında olub. “Vitess”lə ev oyununda start heyətdə yer alan Cavadov 78 dəqiqə meydanda olub. Qonaqlar elə onun meydanda olduğu müddətdə matçın taleyini həll ediblər – 0:2.

Qeyd edək ki, həmyerlimiz Enshede təmsilçisinə transfer olunandan sonra yalnız əvəzedici komandada oynayıb. O, iki dəfə çempionat, 1 dəfə yoxlama matçında şans qazanıb.
0