Yığma komandamız Gürcüstan və Ukrayna ilə qarşılaşacaq
27.04.2010 - 09:45
Yığma komandamız Gürcüstan və Ukrayna ilə qarşılaşacaq
Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması Gürcüstana yollanacaq. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərə aprelin 28-də çıxacaq milli komandamız qonşu ölkədə təlim-məşq toplanışı keçməklə bərabər beynəlxalq turnirdə də iştirak edəcək. Turnirdə Azərbaycan, Gürcüstan və Ukrayna yığmaları mübarizə aparacaqlar. Komandamız mayın 4-də Bakıya qayıdacaq.

Qeyd edək ki, millimizin heyətinə 2 yeni voleybolçu cəlb edilib. Bunlar Vüqar Bayramov və Kənan Əsədovdur. Hər iki debütant yeni yaradılan “Sərhədçi”nin üzvləridir.
0