“Azərreyl” “İqtisadçı”ya yenə uduzdu
27.04.2010 - 16:19
“Azərreyl” “İqtisadçı”ya yenə uduzdu
Bu gün Quba Olimpiya İdman Kompleksində voleybol üzrə qadınlar arasında Super Liqada üçüncü yer uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, bu oyunda “Azərreyl” və “İqtisadçı” ikinci dəfə qarşılaşıb.

İlk matçda rəqibinə 2:3 hesabı ilə məğlub olan Adnan Kistakın yetirmələri meydana revanş üçün çıxsalar da, yenə uduzublar. Bununla da onların bürünc medal qazanmaq şansı azalıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşlər 3 qələbəyə kimi davam edəcək.

“Azərreyl” – “İqtisadçı” – 0:3 (19:25; 11:25; 23:25)

Birinci hissə kifayət qədər gərgin keçsə də, “Azərreyl” rəqibi ilə bacara bilməyib. Daha güclü oyun nümayiş etdirən “İqtisadçı” 25:19 hesabı ilə qələbə qazanıb.

***
İkinci setdə “İqtisadçı” “Azərreyl”in əvvəlki vaxtından əsər-əlamət qalmadığını bir daha sübut edib. Bunun məntiqi nəticəsi kimi “iqtisadçılar” 25 xal qazandıqları halda, rəqiblərinə cəmi 11 xal veriblər.

***
Növbəti setdə “Azərreyl”in hesab arasındakı fərqi azaltmaq cəhdi alınmır. Onlar üçüncü setin sonlarında irəli keçsələr də, rəqib qələbə qazanır.

Beləliklə, “Azərreyl”ə 3:0 hesabı ilə qalib gələn “İqtisadçı” Adnan Kistakın yetirmələrini ikinci dəfə məğlub edirlər.
0