“Rabitə” qızıl medalların bir addımlığında
27.04.2010 - 18:39
“Rabitə” qızıl medalların bir addımlığında
Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında final mərhələsinin oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Qubada həlledici mərhələdə “Rabitə” və “Lokomotiv” komandaları üz-üzə gəliblər.

Birinci oyunda rəqibinə 3:2 hesabı ilə qalib gələn “rabitəçilər” ikinci görüşdə “quru hesab”la qələbə qazanıblar. Belə ki, ilk setdə “Lokomotiv”ə 25:17 hesabı ilə qalib gələn CEV kubokunun bürünc mükafatçısı növbəti hissədə rəqibinə əlavə 1 xal “bağışlayıb” – 25:18.

Üçüncü setdə isə 25:21 hesablı qələbəni bayram edən “Rabitə” ikinci dəfə “Lokomotiv”ə sərt üzünü göstərib - 3:0.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək üçüncü oyunda “Lokomotiv” növbəti dəfə məğlub olarsa, “Rabitə” Azərbaycan çempionu adını qazanacaq.
0