Klub prezidenti: İnşallah, Avropada Azərbaycanı layiqincə təmsil edərik
04.05.2010 - 10:26
Klub prezidenti: İnşallah, Avropada Azərbaycanı layiqincə təmsil edərik
“Braziliyalı voleybolçularla vidalaşmışıq. Artıq komandada hamısı yerli uşaqlardır. Sabah keçiriləcək finalda komandamızı yalnız qələbə qane edəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Azərneft” klubunun prezidenti Nazim Allahverdiyev deyib.

O bildirib ki, Super Liqanın həlledici görüşündə rəqibləri - “Sərhədçi” komandası güclü olsa da, “Azərneft” həmişə çempionluğa oynayıb: “Azərbaycan çempionatında klubumuz həmişə liderlər qrupunda yer alıb. Finalda qarşılaşacağımız “Sərhədçi” yeni yaradılsa da, güclü kollektivə malikdir. Biz onlara hörmətlə yanaşırıq. Lakin yığma komandanın əsasını təşkil edən “Azərneft” təslim olmaq fikrində deyil. İnşallah, finalda qələbə qazanıb, Avropada ölkəmizi layiqincə təmsil edərik”.
0