Millət vəkili: Azərbaycanda olduğu kimi, Avropada da iddialı olacağıq
04.05.2010 - 19:31
Millət vəkili: Azərbaycanda olduğu kimi, Avropada da iddialı olacağıq
“Komandamız gərgin keçən görüşlərdən sonra Azərbaycan çempionatını üçüncü yerdə başa vurdu. Bu, o qədər də ciddi nəticə deyil. Biz komanda yaradarkən demişdik ki, “İqtisadçı” çətin rəqib olacaq. Yenə sözümüzün üstündə dururuq. Növbəti mövsüm bütün rəqiblərimiz bilsinlər ki, bizimlə oynamaq asan olmayacaq. Onlar qarşılarında daha güclü kollektiv görəcəklər”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “İqtisadçı” voleybol klubunun prezidenti, millət vəkili Şəmsəddin Hacıyev deyib.

Bu gün Azərbaycan çempionatının yekunlarına həsr olunmuş mükafatlandırma mərasimində iştirak edən Hacıyev bildirib ki, komandası qitə miqyaslı turnirlərdə də iddialı olacaq: “Biz Azərbaycanda olduğu kimi, Avropada da öz sözümüzü deyəcəyik. Hamı bu yarışlarda “İqtisadçı”nın gücünü görəcək”.
0