Allan Lalin Kamran Ağayevə qol vura bilməz
05.05.2010 - 10:15
Allan Lalin Kamran Ağayevə qol vura bilməz
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək Honduras milli komandasının ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Reynaldo Rueda mundiala getməyə 30 namizəddən ibarət siyahını müəyyənləşdirib.

Mütəxəssis bu oyunçular arasından CAR-a yollanacaq 23 futbolçunu ayın sonunadək seçməli olacaq. Belə ki, sifariş vərəqələrinin son verilmə tarixi iyunun 1-dir.

Rueda “Xəzər-Lənkəran”ın honduraslı futbolçusu Allan Lalini siyahıya daxil etməyib. Yığmanın sabiq futbolçusu, xeyli vaxtdır milliyə çağırılmayan hücumçu mundialda oynamaq arzusunda olsa da, Rueda buna imkan verməyib.

Qeyd edək ki, dünya çempionatına Avstriyada hazırlaşacaq Honduras yığması iyunun 2-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək. Siyahıya salınacağı halda, Allan “Xəzər-Lənkəran”dakı komanda yoldaşı, millimizin əsas qapıçısı Kamran Ağayevə qarşı oynamaq imkanı qazanmış olacaqdı. Lakin hücumçunun Kamrana qol vurması mümkün olmayacaq.

Honduras yığmasının ilkin heyəti

Rikardo Kanales, Noel Valladares, Serjio Mendoza, Kevin Ernandes, Conni Palasios, Vilson Palasios, Erik Xenon Norales, Víktor Bernardes, Maurisio Sabillon, Maynor Fiqueroa, Emilio İzaguirre, Amado Quevara, Georgi Uelkom, Elvis Danilo Tursios, Edqar Alvarez, Julio Sezar León, Karlos Alberto Plummer Pavon, Ramon Núnyes, Oskar Qarsía, Cerri Nelson Palasios, Karlos Palasios, Melvin Valladares, Osman Danilo Çavez, Karlos Uill Mexia, Oskar David Suazo, Karlo Jair Kostli, Hendri Tomas, Mario Açevedo, Valter Martines, Donis Eskober.

Baş məşqçi: Reynaldo Rueda.
0