Məşhur türk klubu azərbaycanlı məşqçiyə təklif göndərdi
05.05.2010 - 13:27
Məşhur türk klubu azərbaycanlı məşqçiyə təklif göndərdi
Növbəti mövsüm üçün güclü heyət qurmaq istəyən 27 qat Türkiyə çempionu “Əczaçıbaşı” voleybol klubu yeni baş məşqçi axtarışını tamamlamaq üzrədir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin sükanı arxasına yenidən keçmiş baş məşqçisi Faiq Qarayev keçə bilər. Hazırda Azərbaycan yığmasını çalışdıran Qarayevi yenidən Türkiyəyə qaytarmaqda israrlı olan klub rəhbərliyi həmyerlimizə göndərdiyi təklifin cavabını gözləyir.

Qeyd edək ki, Faiq Qarayev Türkiyədə “Əczaçıbaşı” ilə yanaşı, “Vakıfbank” klubunun da baş məşqçisi vəzifəsində işləyib.
0