Almaniya yığması qapıçı problemini həll etdi
05.05.2010 - 16:38
Almaniya yığması qapıçı problemini həll etdi
Almaniya yığmasının heyətində dünya çempionatına gedəcək qapıçıların hər üçü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv veteran qapıçı Hans-Yorq Butun xidmətinə müraciət etməyi qərara alıb. O, “Bavariya”nın 35 yaşlı əlcək sahibini mundiala 3-cü qapıçı kimi aparacaq.

Məlum olduğu kimi, Löv əsas qapıçısı Rene Adleri aldığı zədə nəticəsində itirib. Qabırğasından xəsarət alan “Bayer”in futbolçusu cərrahiyyə əməliyyatı olunacağından Cənubi Afrika Respublikasına getməyəcək. İndi Lövə məsul turnirdə hansı qapıçıya əsas heyətdə yer verəcəyini müəyyənləşdirmək qalıb. O, “Şalke”dən gənc Manuel Noyerlə “Verder”dən təcrübəli Tim Vize arasında seçim edir.
0