Yığmamızın üzvü Rusiya çempionatında bürünc medal qazandı
06.05.2010 - 09:46
Yığmamızın üzvü Rusiya çempionatında bürünc medal qazandı
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatında bürünc medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dördüncü görüşdə “Dinamo” (Krasnodar) “Uraloçka”ya (Yekaterinburq) 3:0 hesabı ilə qalib gələrək, üçüncü yeri tutub.

Yığmamızın lideri Natalya Məmmədovanın şərəfini qoruduğu Krasnodar təmsilçisi 4 oyunun nəticəsinə görə, 3:1 hesabı qələbə qazanıb.

Qeyd edək ki, “Dinamo” ilk oyunda uduzsa da, son 3 oyunda “Uraloçka”nı məğlub edib. Rusiya çempionun adı isə mayın 7-də müəyyənləşəcək.
0