Məşhur futbolçu “Qızıl buts” mükafatını satır - FOTO
06.05.2010 - 13:32
Məşhur futbolçu “Qızıl buts” mükafatını satır - FOTO
16 il əvvəl ABŞ-da keçirilmiş dünya çempionatının bombardiri olan Oleq Salenko Şimali Amerikada qazandığı “Qızıl buts” mükafatını satmaq istəyir. Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının sabiq futbolçusu bununla yaxşı gəlir əldə etmək istəyir.

Müştərilərin təklifi də Oleq üçün çox cəlbedicidir: “Birləşmiş ərəb Əmirliklərindən təklif almışam. Ərəb şeyxləri “Qızıl Buts” üçün yarım milyon dollar vermək istəyirlər. Onlar bu mükafatı muzeyə qoymaq fikrindədirlər. Bundan başqa onlar beynəlxalq turnir keçirib “Qızıl buts” kimi adlandırmaq istəyirlər”.

İndiki vəziyyətdə Salenko ərəblərdən daha çox bu alverdə maraqlıdır: “Öz kiçik biznesim var idi. Maliyyə böhranı işlərimə təsirsiz ötüşmədi. Kreditlər gündən-günə böyüyür. Mükafatımı satmaqdan başqa əlac da tapa bilərəm. Durumum lap ağlamalı da deyil. Amma ərəblərin təklifi qarşısında dayanmaq çətindir”.

Salenko ərəblərlə ayaqlaşa bilən müştərilərlə danışıqlara da hazırdır: “Alqı-satqını qeydiyyatdan keçirməyə tələsmirəm. İstəyirəm ki, mükafatım postsovet məkanında qalsın. Sərfəli təklif olsa, ərəblərə imtina edəcəyəm”.
0