“Azərreyl”in baş məşqçisi dəyişə bilər
07.05.2010 - 11:18
“Azərreyl”in baş məşqçisi dəyişə bilər
“Azərreyl”in baş məşqçisi Adnan Kistak Azərbaycanı tərk edib. Bu barədə məlumatı apasport.az saytına türkiyəli mütəxəssisin özü verib. Hazırda Türkiyədə olan Kistak klubda gələcək taleyinə aydınlıq gəlmədiyini bildirib: “2 gündür Türkiyəyə qayıtmışam. Hələlik istirahət edirəm. Lakin “Azərreyl”də qalıb-qalmayacağımı dəqiq bilmirəm. Çünki komanda rəhbərliyi ilə bu barədə danışıqlarımız olmayıb. Yekun qərar mayın 25-də Bakıya qayıtdıqdan sonra veriləcək. Həmin vaxt rəsmi danışıqlar olacaq və taleyimə aydınlıq gələcək”.

Qeyd edək ki, Adnan Kistak son mövsümdə “Azərreyl”in baş məşqçi postuna təyin edilib. Onun rəhbərliyi altında isə komanda Azərbaycan çempionatını 4-cü yerdə başa vurub.
0