İngiltərə yığması Bakıya gəldi
07.05.2010 - 11:29
İngiltərə yığması Bakıya gəldi
Mayın 8-də voleybol üzrə kişilər arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq İngiltərə millisi Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, dünən axşam paytaxtımıza gələn ingilislər bu gün ilk məşqlərinə çıxıblar.

Qeyd edək ki, təsnifat mərhələsində rəqibimiz olacaq İngiltərə yığması yeni yaradılıb. London-2012-yə ev sahibi kimi qatılacaq ingilislər Avropa çempionatının oyunlarına Olimpiadaya hazırlıq kimi baxırlar.
0