Parxomenkonun komandası bu dəfə uduzdu
08.05.2010 - 10:25
Parxomenkonun komandası bu dəfə uduzdu
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatında final mərhələsinin üçüncü oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu Moskva “Dinamo”su bu matçda məğlubiyyətlə üzləşib. 2:0 hesabı ilə irəlidə olan paytaxt klubunun üçüncü görüşdə qələbə qazanaraq çempion olacağı gözlənilsə də, “Zariçye-Odinçova” buna imkan verməyib.

İlk iki qarşılaşmada rəqibinə çətin anlar yaşadan həmyerlimizin komandası oyuna bu dəfə də yaxşı başlayıb. Lakin birinci setdə qazanılan qələbənin davamı gəlməyib. Dalbadal 3 hissədə gözəl oyun nümayiş etdirən “Zariçye-Odinçova” qələbəsini bayram edib.

Bu görüşdən sonra hesab 2:1 “Dinamo”nun xeyrinədir.

Qeyd edək ki, 3 qələbəyə kimi davam edəcək final mərhələsində növbəti oyun bu gün keçiriləcək.
0