İngiltərə yığması dünya çempionatına Bekhem və Robinsonsuz yollanır
12.05.2010 - 15:05
İngiltərə yığması dünya çempionatına Bekhem və Robinsonsuz yollanır
İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello DÇ-2010-a ilkin heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, heyətə salınmayan sabiq kapitan Devid Bekhemin mundialda iştirak etməyəcəyi rəsmiləşib. “Milan”da çıxış edən 35 yaşlı yarımmüdafiənin adlığı zədə üzündən hələ xeyli müddət oynamayacaq.

Kapello uzun illər İngiltərə yığmasının əsas qapıçısı olan Pol Robinsonu da heyətdə verməyib. İtalyan mütəxəssis aparıcı müdafiəçi Ceyms Karrageri yığmaya qayıtmağa inandırıb. Onunla yanaşı digər müdafiəçi, dizində xroniki zədə ilə bağlı problemi olan Lesli Kinq də 30 nəfərlik siyahıda yer alıb.

Qeyd edək ki, Kapello CAR-a gedəcək “23-lüy”ü Avstriyada təlim-məşq toplanışında Meksika və Yaponiya ilə yoldaşlıq görüşlərindən sonra, iyunun 1-ə kimi müəyyənləşdirəcək.

Qapıçılar: Devid Ceyms (“Portsmut”), Robert Qrin (“Vest Hem”), Yo Hart (“Mançester Siti”)

Müdafiəçilər: Qlen Conson, Ceyms Karrager (hər ikisi “Liverpul”), Rio Ferdinand (“Mançester Yunayted”), Con Terri, Eşli Koul (hər ikisi “Çelsi”), Leqyton Beyns (“Everton”), Matteo Apson (“Vest Hem”), Lesli Kinq, Maykl Doson (hər ikisi “Tottenhem”), Stefan Uornok (“Aston Villa”)

Yarımmüdafiəçilər: Steven Cerrard (“Liverpul”), Frenk Lempard, Co Koul (hər ikisi “Çelsi”), Maykl Kerrik (“Mançester Yunayted”), Şon Rayt-Fillips, Adam Conson, Qaret Berri (hamısı “Mançester Siti”), Ceyms Milner (“Aston Villa”), Teo Uolkott (“Arsenal”), Tom Haddlstoun, Aaron Lennon (hər ikisi “Tottenhem”), Skott Parker (“Vest Hem”)

Hücumçular: Piter Krauç, Jermen Defo (hər ikisi “Tottenhem”), Ueyn Runi (“Mançester Yunayted”), Emil Heski (“Aton Villa”), Darren Bent (“Sanderlend”)
0