Yığmamızın oyunlarının idarə edəcək hakimlərin adları açıqlandı
20.05.2010 - 13:00
Yığmamızın oyunlarının idarə edəcək hakimlərin adları açıqlandı
Sabah Belarusun Mogilyov şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının I seçmə mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina, Belarus, Gürcüstanın və Azərbaycan yığmasının yer aldığı A qrupunda oyunları idarə edəcək hakimlərin adları açıqlanıb.

Belə ki, mayın 21-də Azərbaycan - Bosniya və Herseqovina komandalarının oyununda ədaləti çexiyalı Rene Cinatl və rusiyalı Nadejda Kozlova (Rusiya) qoruyacaqlar. Faiq Qarayevin yetirmələrini Gürcüstanla görüşə Audrius Qarqasas (Latviya) və Maqnus Haqstrom (İsveç) çıxaracaq. Qrupda çempionluq üçün qarşılaşacaq Azərbaycan və Belarus yığmaları arasında keçiriləcək matçda isə Maqnus Haqstrom (İsveç) və Nadejda Kozlova (Rusiya) referilik edəcəklər.

Qeyd edək ki, seçmə mərhələnin II mərhələsi mayın 28-30-da Bakıda keçiriləcək.
0