Yığmamız Belarusdan qrup lideri kimi qayıdır
24.05.2010 - 09:47
Yığmamız Belarusdan qrup lideri kimi qayıdır
Voleybol üzrə qadınlar arasında Avropa çempionatının I seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması mübarizə apardığı A qrupunda rəqiblərinə heç bir şans verməyib. İlk oyunda Bosniya və Herseqovinaya 3:0 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələri ikinci oyunda Gürcüstan yığmasına da eyni aqibəti yaşadıb – 3:0.

Qrup mərhələsinin son görüşündə ev sahibləri – Belarusla qarşılaşan voleybolçularımızın çətin qələbə qazanacağı gözlənilsə də, proqnozlar özünü doğrultmayıb. Gözəl oyun nümayiş etdirən komandamız Nikolay Karpolun yetirmələrini də quru hesabla məğlub ediblər.

Beləliklə, 3 gün davam edən I seçmə mərhələsindən sonra yığmamız maksimim nəticə göstərərək, 6 xalla A qrupuna liderlik edir. İkinci yerdə olan Belarus komandamızdan 1 xal geri qalır. Üçüncü pillədə qərarlaşan Bosniya və Herseqovinanın 4, Gürcüstan isə 3 xalı var.

Qeyd edək ki, II seçmə mərhələ mayın 28-30-da Bakıda keçiriləcək.
0