Efiopiyalı atletlərimiz Avropa kubokunda
01.06.2010 - 13:17
Efiopiyalı atletlərimiz Avropa kubokunda
İyunun 3-də Fransanın Marsel şəhərində atletika üzrə Avropa kuboku keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi milliləşdirilmiş efiopiyalı idmançılar – Telahun Əliyev və Gezaşin Səfərova təmsil edəcəklər.

Atletlərimiz 10.000 metr məsafəyə qaçışda qüvvələrini sınayacaqlar. 3 gün davam edəcək yarışda 40-a yaxın ölkənin 400 idmançısının qüvvəsini sınaması gözlənilir.

Qeyd edək ki, ölkəmizin idman şərəfini qoruyacaq Telahun Əliyev və Gezaşin Səfərova Fransaya şəxsi məşqçiləri Mətin Sazakın rəhbərliyi altında yollanacaqlar.
0