Beynəlxalq turnirdə 1 qızıl, 3 gümüş medal
03.06.2010 - 10:16
Beynəlxalq turnirdə 1 qızıl, 3 gümüş medal
Türkiyədə Yılmaz Sazakın xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumatına görə, İstanbul şəhərində keçirilən yarış Azərbaycan atletləri üçün uğurlu olub. Belə ki, komandamızın heyətində qadınlar arasında 100 metr məsafəyə qaçışda finiş xəttinə birinci çatan Lidiya Budlak (12,50 san) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni məsafəni qət edən Valeriya Əzizova komanda yoldaşından 0,33 saniyə geri qalaraq gümüş medalla kifayətlənib. O, həmçinin uzunluğa tullanmada 5.36 metr nəticə göstərərək ikinci olub.

Kişi atletlərin yarışında isə yalnız Fariz Vəliyev fərqlənib. Uzunluğa tullanmada 7,09 metr tullanaraq gümüş medala sahib olan həmyerlimiz yığmamıza 4-cü medalı qazandırıb.
0