“Mən hakimliyə ləkə gətirmək üçün soyunmamışam”
04.06.2010 - 17:40
“Mən hakimliyə ləkə gətirmək üçün soyunmamışam”
FİFA-nın 2007-ci ildə hakimlikdən uzaqlaşdırdığı Ana Paula Oliveyra 3 ildən sonra soyunaraq, topla müxtəlif pozada şəkillər çəkdirməsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, keçmiş beynəlxalq dərəcəli referi fotoobyektivlər qarşısına çılpaq çıxmaqda özünü deyil, “Playboy” jurnalını reklam etmək fikrinə düşüb.

“Mən hakimliyə ləkə gətirmək üçün soyunmamışam. Sadəcə, seksual şəkillər çəkdirməkdə əsas məqsədim “Playboy” jurnalının satışında yeni rekord müəyyənləşdirmək olub. Çünki bu dərgidə həmişə məşhurlar “nəyə qadir” olduqlarını nümayiş etdirilər” – deyə Paula bildirib.

Qeyd edək ki, dünyanın ən ecazkar ədalət təmsilçilərindən hesab olunun braziliyalı hakim beynəlxalq oyunlara təyinat almamasından təəssüf hissi də keçirdiyini vurğulayıb.
0