“İnter” Azərbaycan milli komandasının üzvünü transfer etdi
08.06.2010 - 12:14
“İnter” Azərbaycan milli komandasının üzvünü transfer etdi
Bakının “İnter” klubu növbəti transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu Arif Daşdəmirovu heyətinə cəlb edib. Daşdəmirov Berti Foqts tərəfindən Azərbaycan yığmasına çağırılsa da, hələ ki, rəsmi oyunlarda debüt etmək imkanı qazanmayıb.

Daşdəmirov ötən mövsümü "Qəbələ"nin heyətində keçirib. Çempionatın təsnifat mərhələsində az-az meydançaya çıxmasına rəğmən, sona doğru əsas heyətin daimi üzvünə çevrilib. "Bankirlər" 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıblar.

Qeyd edək ki, Arif Daşdəmirov dağıstanlı olsa da, karyerası Azərbaycanla bağlıdır. O, "Masallı", "Qəbələ" klublarının formasını geyinib. Uzun müddət Azərbaycan U-21-də oynadıqdan sonra əsas milliyə dəvət olunur.
0