“Onun yığmadan kənarda qalmasından həzz alıram”
08.06.2010 - 13:36
“Onun yığmadan kənarda qalmasından həzz alıram”
“Danielin dünya çempionatına aparılmamağı ədalətin bərpa olunmasıdır. Allah Quizanı belə cəzalandırır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunda forma geyinən ispaniyalı futbolçu Daniel Quizanın keçmiş həyat yoldaşı Nuria Bermudez deyib.

FİFA meneceri olan Bermudez bildirib ki, Quizanın yığmadan kənarda qalmasından həzz alır. O, keçmiş həyat yoldaşının bir müddətdən sonra ətrafında hər kəsi itirəcəyi qənaətindədir: “Daniel məni və uşağımızı çölə atdı. Haqsızlıqların cəzasız qalmayacağını demişdim. Təbii ki, bu gün dediyim söz öz yerini tutdu. O, Cənubi Afrika Respublikasına da aparılmadı. Arxada qalan hər gün Danielin ətrafı daha da “çılızlaşır”. Artıq yaxın dostu da qalmayıb. Bilirəm ki, o, “Fənərbaxça” və Türkiyədə də sevilmir. Quizanın yığmadan kənarda qalmasından həzz alıram”.
0