Estoniyalı hakim dünyasını dəyişdi
10.06.2010 - 11:31
Estoniyalı hakim dünyasını dəyişdi
Estoniyada keçirilən atletika yarışlarında baş verən bədbəxt hadisə ölümlə nəticələnib. Apasport.az saytının məlumatına görə, idmançının atdığı nizə hakim Edqar Aavikin başına dəyib. Xoşagəlməz hadisə mayın 12-də olsa da, 77 yaşlı referi iyunun 9-da dünyasını dəyişib.

Estoniya yığma komandasının baş məşqçisi Ayvo Normakan yerli mətbuata verdiyi aşıqlamada bildirib ki, Aavik lazımi yerdə dayanmayıb və nizə atılan vaxt kənara çəkilməyib. Maraqlıdır ki, sürətlə gələn nizə onun başına girdikdən sonra “xətəkar əşya”nı da özü çıxardıb. O, hətta xəstəxanaya çatdırıldığı vaxt özündə olsa da, sonradan halı pisləşib. Nəticədə özünə gələ bilməyən hakim dünyasını dəyişib.
0