“Fənərbaxça”nın sabiq oyunçusu Azərbaycanda
12.06.2010 - 12:07
“Fənərbaxça”nın sabiq oyunçusu Azərbaycanda
Voleybol üzrə son Azərbaycan çempionu “Rabitə” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, ABŞ yığmasının üzvü Kimberli Qlass karyerasını ölkəmizdə davam etdirəcək. 26 yaşlı voleybolçu “Rabitə”yə qədər Çexiyanın “Modransk”, Türkiyənin “Fənərbaxça” klublarında da legioner həyatı yaşayıb. 2007-ci ildə Avropaya üz tutan xanım Çempionlar Liqasında da çıxış edib.

2007-ci ildən ABŞ millisində çıxış edən elə həmin il Dünya kubokunda bürünc, bir il sonra isə Pekin Olimpiadasında gümüş medal qazanıb.

Mənbə: extratime.az
0