“Azərreyl” milli komandanın üzvü ilə yeni müqavilə bağladı
14.06.2010 - 10:35
“Azərreyl” milli komandanın üzvü ilə yeni müqavilə bağladı
“Rabitə” və “İqtisadçı” klublarının heyətini gücləndirməsi “Azərreyl” komandasını da hərəkətə gətirib. Apasport.az saytının məlumatına görə, “Top-komandalar” kubokunun qalibi yeni voleybolçu transfer etməsə də, son mövsümdə heyətində çıxış edən yığmamızın üzvü Polina Rəhimova ilə müqavilənin müddətini uzadıb. Millimizin üzvü yeni müqaviləyə əsasən növbəti 1 ili də “Azərreyl”də keçirəcək.

Qeyd edək ki, 1990-cı ildə anadan olan Rəhimova 195 sm boya malikdir.
0