“Levski”dən ayrılan məşqçinin Azərbaycanda işləyəcəyi komanda bəlli oldu - EKSKLÜZİV
17.06.2010 - 23:07
“Levski”dən ayrılan məşqçinin Azərbaycanda işləyəcəyi komanda bəlli oldu - EKSKLÜZİV
Bolqarıstanın voleybol üzrə qadınlardan ibarət “Levski-Sikonko” klubunun sabiq baş məşqçi Plamen Xristovun Azərbaycanda çalışacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandasından istefa verən mütəxəssis Bakının “Lokomotiv” klubunun sükanı arxasına keçir.

Xristovun Azərbaycan çempionatının gümüş mükafatçısı “Lokomotiv”ə keçidində tanınmış israilli menecer Nozik yardımçı olub. Əsasını bolqarıstanlı voleybolçuların təşkil etdiyi “dəmiryolçular” ölkəmizi CEV kubokunda təmsil edəcəklər.
0