Dünya çempionu həmyerlimizə çata bilmədi
23.06.2010 - 15:55
Dünya çempionu həmyerlimizə çata bilmədi
Türkiyədə keçirilən beynəlxalq atletika turnirində ingiltərəli dünya çempionu Duain Çambersin yeni rekord müəyyənləşdirmək cəhdi alınmayıb.

Apasport.az saytının məlumatına görə, atlet 100 m məsafəyə qaçışda finiş xəttinə 10.18 saniyəyə çatsa da, həmyerlimiz Ramil Quliyevin ötən ilki rekordunu təzələyə bilməyib. Çempion adına yiyələnən Çambers finiş xəttinə həmyerlimizdən 0,10 saniyə gec çatıb.

Qeyd edək ki, yarışda Ramil Quliyev iştirak etməyib.
0