Yığmamız Avropa çempionatına legionerlərlə yollanır
19.07.2010 - 10:04
Yığmamız Avropa çempionatına legionerlərlə yollanır
Atletika üzrə Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 27-də Barselonada keçiriləcək qitənin ən mötəbər yarışında ölkəmizin idman şərəfini 5 milliləşdirilmiş legioner qoruyacaq.

Belə ki, təmsilçilərimizdən Hayle İbrahimov, Telahun Əliyev, Layeş Abdullayeva, Gezaşin Səfərova uzun məsafələrə qaçışda, Dmitri Marşin isə çəkicatma yarışlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, İspaniyada təşkil ediləcək Avropa çempionatına avqustun 1-də yekun vurulacaq.
0